Cəlilabadda iki minik avtomobili toqquşub

  • By admin
  • 16 Aprel 2021 22:05

Cəlilabad rayonunda yol qəzası baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı “Mercedes” markalı minik avtomobili ilə VAZ-21015 markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info