Cəlilabadda üçotaqlı ev əşyaları ilə birgə yanıb

  • By admin
  • 14 Mart 2023 09:23

Cəlilabad şəhərində ümumi sahəsi 126 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info