Cəmiyyət ciddi dəyişiklik gözləyir, Prezident də bu iradəni ortaya qoyub - Deputat

  • By admin
  • 22 Sentyabr 2016 16:04
Tahir Karimli
“Bu gün Azərbaycan cəmiyyəti  dəyişiklik gözləyir və Prezident də bu dəyişiklik  üçün ortaya siyasi iradə qoyub”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Tahir Kərimli Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyevin Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər və Venesiya Komissiyasının rəyi ilə bağlı açıqlamalarına mövqeyini bildirərkən deyib.
“Bu gün hamı gözləyir ki, Azərbaycanda ciddi dəyişikliklər olsun. Prezidentdə bununla bağlı olaraq siyasi iradə ortaya qoyaraq,  Konstitusiyaya dəyişikliklər edilməsini cəmiyyətin səsəverməsinə çıxarıb. Və ciddi dəyişikliklər  gözlənilir”- deyə, millət vəkili vurğualyıb.
O, əlavə edib ki, hamı idarəetmənin təkmilləşdirilməsini istədiyi kimi, ölkə başçısı da istəyir və  bununla bağlı dəyişikliklər ortadadır.
“Həqiqətən də, bu gün Nazirlər Kabinetinin böyük məmur ordusunun olmasına baxmayaraq,  dünya iqtisadiyyatıda baş verən proseslərə çevik reaksiya verə bilmir. Ölkədə çevik iqtisadi prosesləri və islahatları həyata keçirə bilmir. Ona görə də idarəetmənin çevikliyini təmin etmək üçün ali icra orqanlarında islahatların həyata keçirilməsi gündəmə gəlib. Hesab edirəm ki, yaxın gələcəkdə ali və yerli icra orqanlarında ciddi  islahatlar həyata keçiriləcək və effektli idarəetmə sistemi formalaşdırılacaq. Biz gələcəkdə büdcədən maliyyələşən təşkilatların maksimum ixtisarına nail olmaqla yanaşı, məmur ordusunu minimuma endirib, çevik idarəetmə mexanizmi yaratmalıyıq”- deyə, T. Kərimli bildirib.
Venesiya Komissiyasının rəyinə gəldikdə isə T. Kərimli deyib ki, həqiqətən də Komissiyanın rəyində qərəz ortadadır: “Baxmayaraq ki, referenduma təklif edilən dəyişikliklər xeyli müddət bundan öncə təqdim edilib, ancaq səsverməyə çox az qalmış Venesiya Komissiyasının bu rəyi qərəzdir. Arxasında saf niyyət dayanmır. Əgər hakimiyyət istəsə belə, həmin deyişiklikləri etmək  imkanına malik deyil. Çünki artıq bülletenlər çap edilib və məntəqələrə paylanıb. O baxımdan, bu, olduqca gecikmiş rəydir”.
Mürtəza 
Gununsesi.info