
Cənubi Koreya məhkəməsi sabiq prezident Pak Kın Henin həbsi barədə fərman verib.
Gununsesi.info-nun “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə YTN telekanalı məlumat yayıb.
Martın 27-də Koreya Respublikasının Prokurorluğu məhkəməyə müvafiq sorğu göndərib. Beləliklə, məhkəmə istintaq sabiq prezidentin ünvanına irəli sürdüyü ittiham ilə razılaşmış olub.
Onların arasında əsas ittihamlar rüşvətxorluq və hakimiyyətdən sui-istifadə oldu.
Gununsesi.info












