
Praqa-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsəsi.info-ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər.
Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Gununsəsi.info