Cavad Cahangirzadə oktyabrda Azərbaycana gələcək

  • By admin
  • 30 Avqust 2016 15:40
cavad
İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə  oktyabrda Azərbaycana gələcək.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, İranın Azərbaycana təyin olunan yeni səfirinin oktyabr ayında rəsmi olaraq fəaliyyətə başlaması gözlənilir.
Hazırki səfir Möhsün Pakayin isə bir ay müddətinə Azərbaycanda xidməti vəzifəsini başa vuraraq İrana dönəcək. Möhsün Pakayin bundan sonrakı fəaliyyətini İran XİN Mərkəzi aparatında davam etdirəcək.
Qeyd edək ki, C. Cahangirzadə İran Şura Məclisində Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən nümayəndə olub. O, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvi olub, ölkənin milli təhlükəsizlik üzrə strateji araşdırmalar mərkəzində ekspert və müdir kimi çalışıb. 

Gununsesi.info