
Azərbaycanda hakimlərin sayının artırlmasına baxmayaraq hələ də məhkəmə-hüquq sitemində müəyyən problemlər mövcuddur.
Gununsesi.info xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət qruculuğu komitəsinin iclasında “Məhkəmlər və hakimlər haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan hakimlərin sayının artırlması ilə məhkəmlərdə iş yükünü azaltmaq mükün deyil. “Hakimlərin sayı artıqca məhkəmlərə il ərzində daxil olan müraciət və şikayətlərin sayı artmaqdadır. Bu baxımdan hakimlərin sayını 3-4 dəfə artırsaq belə məhkəmlərdə olan iş yükünü azaltmaq mümkün olmayacaq. Ona görə də vəziyyətdən çıxış yolu kimi digər yollar aranmalıdır və buy olla biz məhkəmlərdə iş yükün azalda bilərik”- deyə C. Hüseynov vurğulayıb.
O deyib ki, artıq bu istiqamətdə müəyyən işlər görülməyə başlayıb: “Belə ki, məhkəmə icraatçılarına müəyyən səlahiyyət verməklə, müraciətlərə baxılma qaydasında dəyişiklik edilməklə biz iş yükünün 20-30 faiz yüngülləşdirməyə nail ola bilərik”.
Bununla belə C. Hüseynov bildirdi ki, məhkəmələdə hələ də problemlər mövcuddur: “Bu həm işə ədalətli yanaşma baxımından , həm keyfiyyət baxımından, həm hakimlərin maaaşlrının azılığı baxımından, həm də hakim ştat vahidi baxımından. Hakimlərin işinin yükünün azaldılması ilə bağlı onlara köməkçi vəzifəsi ştatı açılsa da, bu da iş yükünü azaldılmasına xidmət etmir. Hakimlərin iş keyfiyyətinin artırlması istiqamətində də ciddi işlər götrülür. 2015-ci ildə fəaliytətrində verdiyi nöqsanalar görə 70 hakim məhkəmə-hüquq sistemindən kənarlaşdırlıb”- deyə, aprat rəhbəri vurğuladı.
C. hüseynov bidlridi ki, məhkəmlərin işini tənqid etsək də, bu gün Azərbaycanda göstəricilər elə də pis deyil. “”2015-ci ildə mülki işlər üzrə baxışlar 99 faiz icra olunub. İqtisadi mübahisələr üzrə işlərin 95 faizinə, inzibati işlər üzrə işlərin 82,7 faizi yerinə yetirilib. Bununla yanaşı mülki işlərlə bağlı çıxarılan işlərin 93,4 faizindən, cinayət işlərinin 70 faizindən apellyasiya şikayəti olmayıb. Bu isə bird aha göstəriri ki, hakimlər heç də pis və passiv deyillər”- deyə o bildirib.
Mürtəza
Gununsesi.info