Cavid Qurbanov Bolqarıstanlı nazir müavini ilə görüşdü

  • By admin
  • 10 Dekabr 2019 11:45

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bolqarıstanın Nəqliyyat, İnformasiya Texnologiyaları və Kommunikasiya nazirinin müavini Velik Zançev və qurumun Avropa Koordinasiya və Beynəlxalq Əməkdaşlıq Direktorluğunun rəhbəri Nadejda Buxova ilə görüşüb.

Gununsesi.org bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri qonaqlara Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri, o cümlədən layihələrin mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti və perspektivləri barədə məlumat verib. Görüşdə Bakı-Tbilisi-Qars marşrutu üzrə Bolqarıstan ərazisindən keçməklə, Qara dəniz üzərindən bərə vasitəsilə Avropaya yükdaşınması barədə əməkdaşlıq təklifləri müzakirə olunub. Bolqarıstanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərdən danışan Velik Zançev yenilənmə işlərinin 2025-ci ilə qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu deyib. Cavid Qurbanov təklifi müsbət qarşıladığını deyib və qarşılıqlı maraq çərçivəsində məsələnin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

N.Buxova ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi baxımından böyük potensialın olduğunu bildirib. Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri çərçivəsində ölkəmizlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Gununsesi.org