
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Polşaya rəsmi səfərə gedib.
Gununsesi.info-nun xəbərinə görə, Polşada “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında dəmir yolları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Kşiştof Maminski imzalayıb.
Gununsesi.info












