Cavid Qurbanov şəhidin məsələsini nəzarətə götürdü

  • By admin
  • 22 İyun 2018 18:47

Azərbaycan Bayrağı ordenli şəhid Ülfət Kərimova Milli Qəhramanlıq verilməməsi məsələsinə, kəlbəcərin millət vəkili Cavid Qurbanov reaksiya verib.

Gununsesi.info bildirir ki, Ülfət Kərimov haqqında çəkilən sənədli filmdə onun məhv edib və əsir aldığı erməni hərbiçiləri, eləcə də ələ keçirdiyi zirehli texnika fakt olaraq göstərilib. Bütün bu rəsmi sənədlər, faktlar, canlı şahidlərin olmasına baxmayaraq, belə bir igidə hələ də Milli Qəhraman adına layiq görülməməsi ictimayyətdə təssüf hiss doğurub.

Bununla bağlı Kərimovun komandirləri tərəfindən Qarabağ döyüşçüsünün sağlığında və ölmündən sonra müvafiq qurumlara müraciətlər göndərilsə də, təssüflər olsun ki, buna baxılmayıb.

Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyin sədr müavini Həbib Misirov sözügedən məsələ barədə şəxsən millət vəkili Cavid Qurbanovun xəbəri olduğu və şəxsi nəzarətinə götürdüyünu vurğulayıb.

Qeyd edək ki, filmin idea müəllifi Aqil Uluxanlı, rejissoru Nizami Abbasdır.