Türkiyə xalqı ABŞ-ı dost və müttəfiqi hesab etmir - ÇAVUŞOĞLU

  • By admin
  • 13 Fevral 2018 21:21

Türkiyə xalqı ABŞ-ı dostu və müttəfiqi hesab etmir və bu, Vaşinqtonun PYD və YPG terrorçularına münasibəti ilə bağlıdır.

Gununsesi.info-nun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Afrində əməliyyatlar başladığı gündən Türkiyə ABŞ-la səmimi olub, amma Ağ Ev administrasiyası əvvəllər olduğu kimi Türkiyə ilə münasibətdə öz vədinə sadiq qalmayıb: “ABŞ Türkiyənin tələblərini yerinə yetirməli, Suriyada PYD və YPG terrorçularına dəstəyi dayandırmalıdır”.

M.Çavuşoğlu onu da əlavə edib ki, ABŞ Türkiyənin maraqlarına hörmət etməlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Gununsesi.info