Bu yumurtanın qiyməti 500 manatdır - FOTO

  • By admin
  • 13 Fevral 2018 19:56

Türkiyənin Mersin şəhərində maraqlı hadisə baş verib.

Gununsesi.info “Haberler.com”a istinadən məlumatına görə, Silifke əyalətində yaşayan Ayşe Civelek adlı qadın 25 ildir ki, yumurta satmaqla dolanır.

Lakin ötən gün Ayşenin bəslədiyi bir toyuq üzərində “1” yazılan yumurta yumurtlayıb.
Həyatında ilk dəfədir belə bir hadisə ilə qarşılaşdığını deyən Ayşe dəyəri 1 lirə (0.50 qəpik) olan həmin yumurtanı min lirəyə (500 AZN) satmaq fikrindədir.

Civelek “Yalnız min lirə gətirən “1” yazısı olan yumurtanı ala bilər” deyib.

Kənd camaatı da heç vaxt belə bir insidentlə rastlaşmadıqlarını və bunun Allahın möcüzəsi olduğunu bildiriblər:

“Bu, Allahın bir lütfüdür. İnanmayanlara gözəl bir örnəkdir. Bu, Allahın bir olduğunu göstərən bir hadisədir”.

Gununsesi.info