Çavuşoğlu Blinkenlə müzakirə apardı

  • By admin
  • 04 Avqust 2022 10:18

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Danışıqlar zamanı Ukraynadan taxıl ixracına dair əldə olunan razılaşma və son hadisələr, eləcə də ikitərəfli əlaqələr müzakirə olunub.

Gununsesi.info