Çavuşoğlu Rusiyaya səfər edəcək – ÖNƏMLİ GÖRÜŞ

  • By admin
  • 28 Dekabr 2020 12:39

Türkiyənin xarici işlər naziri dekabrın 29-da Rusiyaya səfər edəcək.

Gununsesi.org bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, nazir Soçi şəhərində rusiyalı həmkarı Sergey Lavrovla Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun 8-ci iclasında iştirak edəcək.

İclas zamanı iki ölkə arasında münasibətlər, eyni zamanda regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

İclasın yekununda Rusiya ilə Türkiyə arasında 2021-2022-ci illər üzrə Məşvərət Planı imzalanacaq.

Gununsesi.org