Milli Qəhrəman və şəhid adı daşıyan neçə məktəb var? – SAYLARI AÇIQLANDI

  • By admin
  • 28 Dekabr 2020 12:49

Paytaxtda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır.  

 

Gununsesi.org-un məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Gununsesi.org