“Çelsi”- “Qarabağ” oyununu bu hakimlər idarə edəcək

  • By admin
  • 10 Sentyabr 2017 17:40

jj
Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi”- “Qarabağ” matçının hakimləri müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, oyunu Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın qərarına əsasən, Anastasios Sidiropoulos baş hakim, Polixronis Kostaras, Lazaros Dimitriadisı yan xətt hakim təyin olunublar. Xaralambos Kalogeropoulos və Alexandros Aretopoulos əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Damianos Efthimiadis olacaq.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək.

Gununsesi.info