Cem Yılmaz Bakıdan video paylaşdı

  • By admin
  • 16 Noyabr 2019 11:32

Türkiyənin tanınmış gülüş aktyoru Cem Yılmaz Azərbaycandadır.  Gununsesi.org xəbər verir ki, o, dünən Bakıya təşrif buyurub.

Stəndap ulduzu qaldığı oteldən “Azneft” meydanının görüntülərini çəkərək instaqram səhifəsində paylaşıb.  Cem videoya “Ey, gözəl Bakı, xoş gəlmişəm”, – şərhini yazıb.

Xatırladaq ki, C. Yılmaz bu gün və sabah Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edəcək.

 

 

Gununsesi.org