Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start veriləcək - SABAH

  • By admin
  • 21 Avqust 2017 23:33

uefa-1

Avqustun 22-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Gununsesi.info xəbər verir ki, qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparan 20 komanda arasından son on vəsiqənin sahibləri avqustun 22-də və 23-də keçiriləcək qarşılaşmalardan sonra müəyyənləşəcək.

İlk oyunda minimal hesabla qələbə qazanan Azərbaycan çempionu, Ağdamın “Qarabağ” komandası pley-off mərhələsinin ikinci günündə Danimarkada “Kopenhagen” klubunun qonağı olacaq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 22-də keçiriləcək oyunlar aşağdakılardır:

“Astana” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) – ilk oyunun nəticəsi 0:5.

“Riyeka” (Xorvatiya) – “Olimpiakos” (Yunanıstan) – 1:2.

“Maribor” (Slovaniya) – “Hapoel” (Beyer-Şeva, İsrail) – 1:2

“Sevilya” (İspaniya) – “Başakşəhər” (Türkiyə) – 2:1.

“Nitsa” (Fransa) – “Napoli” (İtaliya) – 0:2.

Avqustun 23-də isə aşağıdakı qarşılaşmalar oynanılacaq:

“Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) – 0:1.

“Slaviya” (Çexiya) – APOEL (Kipr) – 0:2.

“Liverpul” (İngiltərə) – “Hoffenhaym” (Almaniya) – 2:1.

“Styaua” (Rumıniya) – “Sportinq” (Portuqaliya) – 0:0.

“MOİK” (Rusiya) – “Yanq Boyz” (İsveçrə) – 1:0.

Gununsesi.info