Çin ABŞ-ın donuz ətinə möhtacdır

  • By admin
  • 26 Sentyabr 2019 21:18

Afrika taunu xəstəliyi səbəbindən Çində donuz əti qıtlığı yaranıb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən Çin ABŞ-ın köməyinə müraciət edib. Belə ki, yerli şirkətlr Vaşinqtondan 100 min ton donuz əti almaq istəyir.

Qeyd edək ki, Afrika taunu Çində donuzların sayını 40%-dək azaldıb. Çin dünyada ən böyük donuz əti istehlakçısıdır. Ehtimallara görə, ölkənin ətlə bağlı problemi 2020-ci ilin ortalarında yoluna qoyulacaq.

 

 

Gununsesi.org