Çin gəmiləri növbəti dəfə Yaponiya sularına daxil olub

  • Müəllif: admin
  • 11 Aprel 2017 09:05

cin yaponiya

Yaponiya Sahil Mühafizəsi İdarəsi bildirib ki, aprelin 10-da Çinin patrul gəmiləri Şərqi Çin dənizində, Senkaku adaları yaxınlığında Yaponiyaya məxsus ərazi sularına daxil olublar.

Gununsesi.info xəbər verir ki, NHK telekanalının yaydığı məlumata görə, İdarənin əməkdaşları bildiriblər ki, Çin gəmiləri səhər təqribən saat 10:30-da Yaponiyanın ərazi sularına giriblər. Həmin gəmilər bir saat yarımdan sonra oranı tərk ediblər. Yaponiyanın rəsmi şəxsləri Çin gəmilərinə xəbərdarlıq edərək həmin əraziyə girməməyi tələb ediblər.

Senkaku adaları Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan həmin adalara iddialıdırlar.

Gununsesi.info