Çin milyarderləri sayına görə liderdi

  • By admin
  • 13 Oktyabr 2016 15:35

cin

Çində milyarderlərin sayı bütün rekordları aşaraq 594 nəfərə çatıb.

Gununsesi.info “ Vatan” qəzetinə istinadən xəbər verir ki, bu haqda Şanxay mərkəzli iş, iqtisadiyyat və araşdırma jurnalı (HurunReport) məlumat yayıb. Çində milyarderlərin sayı 400 nəfərdən 594 nəfərədək artıb. Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olsa da, milyarderlərin sayı görə ABŞ-ı üstələyib. Hazırda ABŞ-dakı milyarderlərin sayı 535 nəfərdir.

Çinli milyarderlərin siyahısına “Dalian Wanda Commercial Properties Co.”nun rəhbəri Van Çzanlin başçılıq edir. Onun sərvəti 32 milyard dollar təşkil edir.

Anar
Gununsesi.info