Çin təkrar istifadə edilən kosmik gəmini kosmosa buraxıb

  • By admin
  • 04 Sentyabr 2020 15:25

Çin təkrar istifadə edilə bilən sınaq kosmik gəmisinin kosmosa buraxılışını uğurla həyata keçirib.

Gununsesi.info “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Kosmik Elmlər və Texnologiyalar Korporasiyası (CASC) məlumat yayıb.

Buraxılış bu gün Daxili Monqolustan Muxtar Bölgəsindəki Tszytsyuan kosmodromundan “Çançjen-2F” raket daşıyıcısı vasitəsilə edilib.

Gəminin bir müddət Yerin orbiti üzrə uçacağı, bundan sonra geri dönəcəyi bildirilir.

“Kosmik aparat uçuşlar zamanı təkrar istifadə edilə bilən texnologiyaların sınanması və kosmosun dinc yolla öyrənilməsində texnoloji dəstək üçün nəzərdə tutulub”, – məlumatda deyilir.

Gununsesi.info