Çində koronavirusla bağlı rekordlar: 81 min yoluxma, 72 min sağalma və …

  • By admin
  • 23 Mart 2020 12:40

İtaliya koronavirusdan ölənlərin sayına görə (4825 nəfər) birinci yerdədir.

Çində 5 gündür ölkə daxilində koronavirusa yoluxma qeydə alınmayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Çin Səhiyyə Komissiyası məlumat yayıb. Açıqlamada ötən gün koronavirusa yoluxan 39 nəfərin aşkarlandığı bildirilib. Sözügedən şəxslərin xaricdən gələnlər olduğu məlumatda öz əksini tapıb.

Komissiya tərəfindən həmçinin Hubey əyalətində daha nəfərin öldüyü bildirilib. Beləliklə Çində koronavirusdan dünyasını dəyişənlərin sayı 3 270-ə çatıb.

Ümumilikdə bu vaxta qədər Çində 81 093 nəfərdə koronavirus aşkarlanıb. Sağalaraq evə buraxılan xəstələrin sayı isə 72 703-ə çatıb.

Xatırladaq ki, İtaliya koronavirusdan ölənlərin sayına görə (4825 nəfər) birinci yerdədir.

Gununsesi.org