Sabah hava necə olacaq? – Hava proqnozu

  • By admin
  • 23 Mart 2020 12:47

Azərbaycanda sabaha gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.org-a verilən məlumata görə, martın 24 də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-17° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Gununsesi.org