Çingiz Qənizadə: “Döş nişanı gəzdirməyən deputatlar cəzalandırılsın”

  • Müəllif: admin
  • 20 Aprel 2017 16:34
cingiz
Millət vəkili döş nişanı gəzdirməyən deputatların cəzalandırılmasını təklif edir.
Gununsesi.info xəbər verir ki,  millət vəkili Çingiz Qənizadə bu gün Milli Məclisdə Hüquq  siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, döş nişanı gəzdirməyən deputatların cəzalandırılsın.
Bildirib ki, döş nişanı gəzdirməyən deputatlar cəzalandırılarsa və bu qanuniləşədirilərsə, yaxşı olar.
“Rəsmi dövlət və beynəlxalq tədbirlərdə deputatın fərqləndirici döş nişanı gəzdirməsi  mütləqdir.  Ancaq elələri var ki, buna hələ də laqeyd yanaşır. Məsələ qanuniləşsə, yaxşı olardı”- deyə, Ç.Qənizadə bildirib.
O, eyni zamanda,  deputatların etik davranışı ilə bağlı sənəddə deputatlara qonaqlıq verilməsi ilə əlaqədar müddəaya öz  mövqeyini belə ifadə edib:
“Mən yaxın günlərdə seçicilərimlə görüşlər silsiləsinə start verəcəm və 30-40 yerdə görüş keçirəcəyəm. Bizim xalqımız qonaqpərvər xalqdır. İndi kimsə mənə qonaqlıq vermək istəyəcəksə, mən zəng edim deyim ki, mənə qonaqlıq verirlər, mən iştirak edim, ya yox?!”.
Millət vəkili  həmçinin,  deputat həmkarı Araz Əlizadənin “Facebook” səhfisəsinin iştirakçıları ilə bağlı səsləndirdiyi fikrə  öz mövqeyini bildirib.
O, deyib ki, bu günlərdə “Facebook” səhifəsinin iştirakçıları ilə bağlı ağır ifadə işlədən deputat olub.
“Hansı ki, “Facebook” səhifəsindən sadə insanlar deyil, eyni zamanda, prezident və onun ailəsi də istifadə edir. Belə  kobud etik davranışlara da yol verən deputatdır. Ona görə də deputatalrın etik davranışı ilə bağlı qanun qəbulu düzgün addımdır. Amma qanun yığcamlaşdırlmalıdır”- deyə, Ç.Qənizadə bildirib.
Mürtəza
Gununsesi.info