
Çin Xalq-Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin ikinci təyyarə gəmisi ilk dəfə bu ay dənizə çıxacaq.
Gununsesi.info xəbər verir ki, gəmi ilə bağlı əsas işlər artıq başa çatıb.
“Sina” portalı gəminin dekabrın 10-da və ya ayın sonunadək dənizə çıxacağını yazır.
Təyyarə daşıyıcısı bu növdən ilk gəmidir və tamamilə Çin tərəfindən inşa edilib.
Gəminin 2020-ci ilə qədər ordunun ixtiyarına veriləcəyi bildirilir.
Gununsesi.info












