Biləsuvarda 11 yaşlı yeniyetməni motosikl vurub

  • Müəllif: admin
  • 04 Dekabr 2017 19:23

 

Biləsuvar rayonunda 11 yaşlı yeniyetməni motosikl vurub.
“Report”un  məlumatına görə, hadisə rayonun Bəydilli kəndində qeydə alınıb.
Belə ki, Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 2006-cı il təvəllüdlü Elcan Emin oğlu Heydərovu motosikl vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info