Cinsi orqanını böyütmək istəyərkən dünyasını dəyişdi

  • Müəllif: admin
  • 01 Avqust 2017 12:18

cinsel-organini-buyutmek-isterken-hayatini-9889044_8667_o

Hadisə Stokholmda baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı İsveç vətəndaşı cinsi orqan böyütmək əməliyyatında həyatını itirib. Səhhətində heç bir problemi olmayan kişi bu cür əməliyyatlarda dünyasını dəyişən ilk insandır.

“Daily Mail”in verdiyi xəbərə görə, isveçli kişi qarından alınan piylərlə cinsi orqanının həm uzunluğunu, həm də qalınlığını böyütmək istəyib. Həkimlər həmin yağı orqana yeritdikləri zaman pasientin ürək ritmi sürətlənib və təzyiqi aşağı düşüb. O, 2 saatdan sonra dünyasını dəyişib.

Gununsesi.info