ANAMA fevralın 25-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, Cocuq Mərcanlı kəndində gün ərzində 14 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib, 334 ədəd qəlpə, 2 ədəd 73 mm-lik OQ-9 raketinin gilizi aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 77 165 kv.m ərazi (48 015 kv.m əl ilə, 14 700 kv.m mexaniki üsulla və 14 450 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Məlumata görə, 22 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində cəmi 81 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunaraq zərərsizləşdirilib, 616 224 kv.m ərazi (314 124 kv.m ərazi əl ilə, 136 500 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 52 600 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Gununsesi.info