Cocuq Mərcanlıda 4500 kv.m ərazi minalardan təmizlənib - FOTO

  • Müəllif: admin
  • 17 Dekabr 2017 18:08

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi – gün ərzində 4 500 (0.45 ha) ərazi tam təmizlənmiş, mina və partlamamış hərbi sursat aşkar edilməmişdir.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 30 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 508 450 kv.m (50.85 ha) ərazi tam təmizlənmiş, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmışdır. (Cəmi: 925 916 kv.m (92.59 ha).

Gununsesi.info