
ANAMA Cocuq Mərcanlı kəndi gün ərzində 6 evə baxış keçirərək 468 ədəd qəlpə aşkar edib, axtarış zamanı mina və partlamamış hər sursat aşkar edilməyib.
Bu barədə Gununsesi.info-ya ANAMA mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Bildirilib ki, Cocuq Mərcanlı da hgün ərzində aparılan təmiləmə əməliyyatı nəticəsində 30 767 kv.m. ərazi (6 500 kv.m ərazi əl ilə, 10 700 kv.m ərazi mexaniki üsulla və 13 567 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ümumlikdə isə 26 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 109 evə və avtomobil yolunun keçəcəyi yerə baxış keçirilib və 9 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)) və 3 ədəd piyada əleyhinə (OZM-72), 26 ədəd tank əleyhinə TM-57 minası, 24 ədəd TM tank əleyhinə minanın partladıcısı aşkar olunaraq zərərsizləşdirilib.

Mürtəza
Gununsesi.info











