Cocuq Mərcanlıda tank əleyhinə raketlər aşkarlanıb

  • By admin
  • 24 Noyabr 2017 09:05

Cocuq Mərcanlıda 3 ədəd partlamamış hərbi sursat aşkarlanıb. 

Gununsesi.info Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində noyabrın 23-də  24 000 kv.m (2.40 ha) ərazi tam təmizlənib, 7 900 kv.m (0.79 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanmış (cəmi: 31 900 kv.m (3.19 ha)), 3 ədəd partlamamış hərbi sursat (2 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və 1 ədəd TM-62 minasının gücləndiricisi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Gununsesi.info