
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü və Gənclər Birliyinin təşkilatçılığı ilə martın 13-də “Cocuq Mərcanlıdan Şuşaya” layihəsinə start verilib.
Bu haqda Gununsesi.info-ya millət vəkili Məlahət İbrahimqızı məlumat verib.
Millət vəkili bildirib ki, YAP Nəsimi rayon təşkilatı və hakim partiyanın YAP Gənclər Birliyinin üzvləri Cocuq Mərcanlıda aparılan quruculuq işlərində könüllü inşaat dəstəsi kimi fəaliyyət göstərəcəklər.
Layihənin koordinatorları isə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili M. İbrahimqızı və YAP Gənclər Birliyinin sədri Seymur Orucovdur.
“Layihənin ilk mərhəsinə bu gündən start verilib. Belə ki,layihə çərçivəsində ilk mərhələdə ağacəkmə kampaniyası həyata keçiriləcək. Daha sonra N saylı hərbi hissədə əsgərlərlə görüş olacaq”- deyə, o, bildirib.

Gülnaz Qənbərli
Gununsesi.info












