Çörək rəsmən bahalaşdı: Nazirliyin yalanı bir gün çəkmədi

  • By admin
  • 30 İyul 2016 09:40

corek

 

 

Azərbaycanda çörək bahalaşıb.

Gununsesi.info-nun  xəbər verdiyinə görə, artıq  pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiyməti 10 qəpik artıb.

Söhbət etdiyimiz satıcılar da artıq deyirlər ki,  təchizatçılar bu gündən etibarən satış nöqtələrinə çörəyi yeni qiymətlərlə gətirirlər. Onların bildirdiyinə görə, tam artım isə avqustun 1-dən olacaq.

Qeyd edək ki, dünən İqtisadiyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Gununsesi.info-ya açıqlamasnda bildirmişdi ki, əgər monitorinqlər zamanı qiymətlərdə dəyişiklik qeydə alınarsa, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək. “Ancaq hələ ki, aparılan monitorinqlər nəticəsində belə bir artım qeydə alınmayıb. Əgər çörəyin qiymətində artım qeydə alınarsa, bunun səbəbi mütləq araşdırılacaq” – deyə, o, vurğulamışdır.