Çovdarovun məhkəməsində ageturaya ayrılan pullar müzakirə edildi

  • Müəllif: admin
  • 31 İyul 2017 14:00

covdarov

Bu gün ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

İclasda dövlıt büdcəsindən agentura şəbəkəsinin saxlanılması adı ilə 2 milyon 917 min manat pulun mənimsənilməsi epizodu üzrə sənədlər elan edilib. Proses davam edir.

İttihama görə, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi tərəfindən əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan tədbirlərə və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşlara və etibarlı şəxslərə mükafat kimi verilməsi adı ilə 920.00 manat, 455.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin təyinatı üzrə xərclənməyərək ələ keçirilib. General Akif Çovdarov adıçəkilən idarəsinin rəisi olub.

Gununsesi.info