“Çox arif insan olduğunuza sevindim” - "Üsyankar" səfir Arif Hacılını müdafiə etdi

  • By admin
  • 02 Avqust 2016 12:15

arif-1

 

Tanınmış sabiq diplomat, “üsyankar”səfir Arif Məmmədov Müsavat başqanı Arif Hacılı ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu  arasında “Xural”da gedən müsahibə ilə əlaqədar  dünəndən bəri yaşanan və getikcə alovlanan qalmaqala münasibətini açıqlayıb.

Gununsesi.info-nun məlumatına görə,  eks diplomat A. Hacılının “Facebook”dakı statusuna yazdıığı şərhində açıq şəkildə Müsavat başqanına dəstəyini ifadə edib.

“Arif bəy, müsahibənizin hər iki hissəsini diqqətlə izlədim və Sizi daha yaxından tanımağıma məmnun oldum. Həm ciddi siyasətçi, həm də ki sadə və açıq insan olduğunuzu birmənalı sübut etdiniz. Bir sözlə, çox Arif insan olduğunuza çox sevindim. Uğurlar!”- deyə, o, qeyd edib.

Gununsesi.info