

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın 45-ci prezidenti Donald Tramp hələ vəzifə başına keçmədiyi halda, vitse-prezident Coy Biden artıq prezidentlik iddiasına düşüb.
Belə ki, o, 2020-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. Biden bu seçkilərdə “bəlkə” qalib gələcəyini düşünür. Onu da qeyd edək ki, əgər 74 yaşlı vitse-prezident 2020-ci ildə, yəni 78 yaşında seçkilərdə uğur qazanarsa, ABŞ tarixinin ən yaşlı prezidenti olacaq.
Ümumiyyətlə, ABŞ tarixinin ən yaşlı prezidenti Ronald Reyqan hesab olunur. O vəzifəsini başa çatdırdıqda 77 yaşı var idi.
Nigar Cəfərli
Gununsesi.info