Şimal bölgəsinə qar yağıb - Temperatur mənfi 18 dərəcəyə çatıb - FOTO

  • Müəllif: admin
  • 06 Dekabr 2016 11:37

qar-qar-qar

Dekabrın 5-i axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağmağa başlayıb.

Gununsesi.info-nun məlumatına görə, Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən çox yağıntı Quba-Təngəaltı zonasına düşüb. Burada qarın hünüdürlüyü 20 santimetrə çatır. Adətən yağıntının daha çox düşdüyü Xınalıq, Qırız kimi ucqar dağ kəndlərində isə 8-13 santimetrədək qar var. Bununla belə, ən aşağı temperatur da məhz Qırız kəndində qeydə alınıb – mənfi 18 dərəcə.

Qarın hündürlüyü Qusarda 17, Xızının Altıağac qəsəbəsində 10, Xaçmazda 2 santimetr təşkil edir.

Qarın yağması ilə əlaqədar şimal bölgəsində temperatur mənfi 4-10 dərəcəyədək aşağı düşüb.

Hazırda şimal rayonlarına qar yağmaqda davam edir. Proqnoza görə, qarlı hava şəraiti dekabrın 7-dək davam edəcək.

Gununsesi.info