İdmançılarımız vətənə medalla qayıtdı

  • By admin
  • 19 Fevral 2018 16:02

Fevralın 17-18-də Avstriyada cüdo üzrə açıq qitə kuboku uğrunda yarış keçirilib.

Gununsesi.info DİN mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, yarışda ölkəmizin yığma komandası da qələbə uğrunda mübarizəyə qoşulub. Millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Firudin Dadaşov uğurla yarışaraq bürünc medal qazanıb.

 

Fevralın 16-dan 18-dək Dubayda “Karate-1 Premyer Liqa” turniri keçirilib. Dünyanın ən güclü karateçilərinin yer aldığı bu yarışda Azərbaycan idmançıları da öz məharətini göstərib.

Millimizin heyətində təmsil olunan Əlahiddə Çevik Polis Alayının əməkdaşı Ayxan Mamayev çəkisi 84 kiloqramadək olan idmançılar arasında bürünc medal qazanıb.
Fevralın 14-dən 18-dək Azərbaycan Boks Federasiyasında yeniyetmə boksçuların paytaxt birinciliyi keçirilib.

Bakının bütün idman klub və Cəmiyyətlərinin yetirmələrinin qatıldığı bu yarışda DİN İdman Cəmiyyətinin komandası da iştirak edib. Əməkdar məşqçi Yadigar Məmmədovun yetirmələri bu yarışda 7 medal qazanaraq ölkə birinciliyinə vəsiqə qazanıblar.

Gununsesi.info