
ABŞ-da rekord qiymətə dəyəri 350 milyon dollara olan mülk satışa çıxarılıb. Adıçəkilən mülk Los-Ancelesin şimal-qərbindəki Bel-Eyir elit rayonunda yerləşir.
Gununsesi.info “Los Angeles Times”ə istinadən xəbər verir ki, adıçəkilən mülk mərhum mediamaqnat Cerrold Perençioya məxsusdur.
“Los Angeles Times” bunu ABŞ tarixində satışa çıxarılan ən bahalı daşınmaz əmlak hesab edir. Bu binanı 1933-cü ildə memar Samner Spoldinq öz ailəsi üçün Fransanın ХVIII əsr neoklassisizm üslübunda tikib. Onun ərazisi 2,3 min kvadratmetrdir. Ev 4 hektarlıq ərazidə yerləşib. Ərazidə qonaq evi, bağlar, tennis kortu, 40 avtomaşın yerləşəcəyi meydança, bir neçə hovuz var. Binanın özündə isə çoxsaylı otaqlar, böyük yeməkxana və digər xidmətlər üçün otaqlar mövcuddur.
Bu mülk 1940-cı ildə otel işi ilə məşğul olan Arnold Kirkebə, 1968-ci ildə ispandilli Univision telekanalının sahibi C.Perençioya 13,5 milyon dollara satılıb.
Gununsesi.info












