Gununsesi.org -un xəbərinı görə, “Formula 1” Azərbaycan Qran-prisinin promouteri, Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov kanalizasiya lyukunun qoparaq britaniyalı pilot Corc Rasselin bolidinə zərər yetirməsi olayından danışıb.
Oğul Rəhimov bildirib ki, “Uilyams” komandasına dəyən zərər mərhələ təşkilatçısının sığortası hesabına ödəniləcək:
“Bizdə küçə trasıdır. Bu səbəbdən də orada 300-dən çox lyuk var. Biz bütün lyukları bərkitmişdik və yarışlar başlamazdan bir neçə gün öncə hər birini yoxlamışdıq. İndiki halda problemi ilk baxışdan görmək mümkün deyildi. Problem aşağı hissədən qaynaqlanmışdı – lyuku saxlayan qarmaqlar paslanmışdı. Buna görə də “Uilyams” komandasının başına belə bir bəla gəldi.
Rəhimov bildirib ki, hadisədən sonra bütün lyuklar bir daha yoxlanılıb, təşkilatçılar analoji hadisənin təkrar baş verməməsi üçün bütün tədbirləri görüblər:
“Bu olaydan sonra biz hər lyuku dörd dəfə yoxladıq. 100 faizlik təminat, yəqin ki, heç nədə mümkün deyil, lakin biz 99,9 faiz zəmanət veririk. Bir daha belə bir şey baş verməyəcək”.
Gununsesi.org












