Dəhşət: Yüzdən çox qaçqın Myanma sərhədini keçərkən öldü

  • Müəllif: admin
  • 13 Sentyabr 2017 19:10

myanmar
Myanmanın Rohingiya ştatından olan azı 102 qaçqın Banqladeşə keçməyə cəhd edərkən Naf çayda boğularaq həyatını itirib. Bu barədə “bdnews24” xəbər portalı məlumat yayıb.

Axar.az xəbər verir ki, Naf çayı Banqladeşlə Myanma sərhədinin bir hissəsini təşkil edir. Rohingiya qaçqınları çayı yararsız, həddən artıq yüklənən qayıqlarda keçməyə cəhd edirlər ki, bu da tez-tez faciə ilə nəticələnir.

Banqladeş sərhəd polisinin nümayəndəsi Koks Maynuddin Xan avqust ayından indiyədək Naf çayından hər gün insan cəsədlərinin tapıldığını bildirib.

 

Gununsesi.info