Dəhşətli həbsxana

MS-13 və 18 dəstəyə aid 2000 məhbusdan ibarət qrup gücləndirilmiş təhlükəsizlik tədbirləri altında Amerikanın “ən böyük” həbsxanası olan El Salvadorun “Terrorçuların Saxlanma Mərkəzi”nə (CECOT) köçürülüb. Bu ikinci qrup daxil olmaqla, hazırda bu həbsxanada 4000 məhbus var.

Qrup El Salvador prezidenti Nayib Bukelenin quldur dəstələrinə qarşı elan etdiyi “müharibə”nin birinci ildönümünə bir neçə gün qalmış Tekoluka şəhərindəki həbsxanaya gəlib.

40 000 məhbus üçün nəzərdə tutulmuş meqa həbsxanada sərt həbs rejimi fəaliyyət göstərir və bu, insan haqları təşkilatları tərəfindən pislənir.

 

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info