Borrell: İsrail və Fələstin sülhə hələ hazır deyillər

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell hesab edir ki, nə İsrail, nə də Fələstin sülhə hazır deyil.

Bu barədə Gununsesi.info Rambler-yə istinadən xəbər verir.

“İsraildə və işğal olunmuş Fələstin ərazilərində hər həftə çox sayda insan ölür, milyonlarla insan qorxu və ümidsiz yaşayır. Dünyanın buna reaksiyası isə həddən artıq çox bəyanatlar amma hərəkətlər olmuyub”- deyib. O, Aİ və beynəlxalq ictimaiyyəti vəziyyətin həlli üçün daha çox səy göstərməyə çağırıb. “Aydındır ki, nə İsrail tərəfi, nə də Fələstin tərəfi sülhə hazır deyil”, – Borrell bildirib.

“Dürüst olmaq hər iki tərəfdən ekstremizmin artdığını etiraf etmək deməkdir”-deyə, sonra o əlavə edib: “Özbaşına hücumlar və zorakılıq bir çox israillilərin həyatına son qoyur. İordan çayının qərb sahilində israillilərin zorakılığı, demək olar ki, həmişə cəzasız qalır. Bu isə çox pis bir əməldi. Fələstinlilərin həyatı və dolanışıqları getdikcə daha çox pisləşir”.

Aİ diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, İsrailin hərbi əməliyyatları çox vaxt fələstinli mülki əhalinin ölümü ilə nəticələnir. Münaqişənin sona çatması beynəlxalq təhlükəsizlik üçün daha yaxşı olardı, o bildirib.

 

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info