Yunanlar ədalət tələb edib

Tembidə 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzası yenidən Yunan şəhərlərinin küçələrinə qəzəblənən on minlərlə insanı topluyub.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Tətil və dinc nümayişlərdə dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər. Nəqliyyat iflic olub, gəmilər limanlarda qalıb və bir çox reyslər ləğv edilib.

Afinanın mərkəzində keçirilən aksiya “Səsimizə qulaq asın!” çağırışı altında keçirilib.

“Mesajımız ondan ibarətdir ki, bizə hörmət etməyən, gənclərimizə, hüquqlarımıza, həyatımıza hörmət etməyən insanların qurbanı olmaqdan bezmişik”, – şəhər sakini deyib.

“Bu, gizlədilməməli olan cinayətdir. Bu gün bütün işçilərin səsi eşidilməlidir. Yaxın günlərdə səfərbərliyimiz artacaq”, – Afina sakini deyib.

Afinanın mərkəzində dinc nümayiş başa çatdıqdan sonra iğtişaşlar başlayıb. Başlıqlı qruplar polisə molotof kokteyli atıblar. Onlar gözyaşardıcı qazla cavab veriblər.

 

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info