Dələduz məhkəmə zalından azadlığa buraxıldı

  • Müəllif: admin
  • 31 May 2017 12:31

mehkeme

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N. Quliyevin barəsində şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, N.Quliyev özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətdə olduğu gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə həmin cəmiyyətin direktoru Arif Həsənovla görüşüb. Ona guya gəmi təmiri sahəsində işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını deyərək, gəmi və tərsanə tapmaqla müəssisəni işlədib pul qazanacağına inandırıb. Bu məqsədlə A.Həsənovun etibarından sui-istifadə edərək onu aldadıb və 85 min 500 manat pulunu ələ keçirməklə dələduzluq edib.

Namiq Quliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı Nazir Quliyevin qardaşıdır.

Gununsesi.info