Dələduzlara hökm oxundu

  • By admin
  • 11 Yanvar 2017 16:36

hokm 

Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən Cavahir Babayeva və Fuad Məmmədbəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Gununsesi.info-nun xəbərinə görə, prosesdə hökm oxunub.
Belə ki, Cəvahir Babayeva 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Fuad Məmmədbəyli isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Fuad Məmmədbəylinin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, təqsirləndirilən Cəvahir Babayeva tanışı Fuad Məmmədbəyli ilə birlikdə xalası qızı Zahidə Hüseynovanın 49 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Gülnaz Qənbərli

Gununsesi.info