Dəməşqin tarixi mərkəzi atəşə tutuldu - 2 ÖLÜ, 14 YARALI

  • By admin
  • 09 Yanvar 2018 19:22

Suriyanın paytaxtı Dəməşqin tarixi mərkəzi minaatanlardan atəşə tutulub.

Gununsesi.info xəbər verir ki, Bab-Tuma rayonunun atəşə tutulması nəticəsində iki nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.

Gununsesi.info