“Neftçi”nin ilk rəqibi bəlli oldu

  • By admin
  • 09 Yanvar 2018 19:21


“Neftçi” futbol klubu 2018-ci ildə ilk oyununu yanvarın 14-də “Keşlə” komandasına qarşı keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək yoxlama oyunu saat 15:00-da başlayacaq.

Klubdan Gununsesi.info-ya bildiriblər ki, yanvarın 17-dən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində rəqib dəyişib. “Neftçi” yanvarın 25-də Ukraynanın “Çernomorets” komandası ilə deyil, Bolqarıstanın “Slaviya” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, “Neftçi” komandası Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, yanvarın 25-də Rumıniyanın “Konkordiya”, həmin ayın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə də üz-üzə gələcək.

Gununsesi.info