Dünyanın ən qoca qorillası öldü - 56 YAŞINDA

  • By admin
  • 09 Yanvar 2018 19:15

Böyük Britaniyada Lonqlit safari-parkında qocaman qorilla ölüb.

Gununsesi.info xəbər verir ki, Niko adlı qorilla 56 yaşında yatarkən yuxuda ölüb.

Qeyd olunur ki, 1980-ci ildə safari-parka gətirilmiş Niko gölün ortasındakı adada ayrıca evdə yaşayırmiş. Bildirilir ki, qorillanın evində televizoru da olub.

Nikonun 56-cı doğum günü ötən ilin iyulunda təntənəli şəkildə qeyd olunmuşdu.

Gununsesi.info